"Azərbaycanın işğal altında olan torpaqlarında ermənilər tərəfindən arxeoloji qazıntılar aparılması tamamilə qanunsuzdur. Çünki bu torpaqlar Azərbaycanındır və Azərbaycanın torpaqlarında istənilən arxeoloji qazıntı və tədqiqat işləri yalnız icazə əsasında aparılır".
Bunu "Report"a açıqlamasında tarix elmləri doktoru, professor, arxeoloq Hidayət Cəfərov Ermənistan və
Tarixçi alim bildirib ki, ümumiyyətlə, ermənilərin Qarabağ ərazisində arxeoloji işləri aparması qanunsuzdur, təxribatdır və bunun heç bir qanuni, hüquqi əsası yoxdur: "Çünki bu ərazilər bütün dünya tərəfindən Azərbaycanın tarixi torpaqları kimi tanınıb. Heç kəs bu əraziləri erməni əraziləri kimi tanımır. Məsələnin digər tərəfi ondan ibarətdir ki, heç bir kəsin ixtiyarı yoxdur ki, işğal olunmuş torpaqlarda arxeoloji qazıntı işləri aparsın. Buna ermənilərin hüquqi əsasları yoxdur. Ermənilər gedib İrəvanda qazıntı işləri aparsınlar (Hərçənd ki, İrəvan ərazisi tarixi Azərbaycan torpaqlarıdır - H.C). Ona görə də hesab edirəm ki, ermənilərin Ağdamda qazıntı işləri aparması təxribatdır. Onlar həm də
Arxeoloq alim Hidayət Cəfərov
"Ermənilərin bizim torpaqlarımızda apardığı tədqiqatların nəticəsi cəfəngiyyatdır".
Hidayət CəfərovArxeoloq alim&Hidayət Cəfərov
Professor vurğulayıb ki, Azərbaycanın işğal olunmuş ərazilərində arxeoloji qazıntı işlərinin aparılması üçün erməni diasporu külli miqdarda vəsait xərcləyir: "Ermənilər işğal olunmuş torpaqlarda arxeoloji qazıntılar zamanı tapılan maddi-mədəniyyət nümunələrini öz bildikləri kimi istifadə edir, öz bildikləri yerlərə aparır. Çünki onlara bu işləri görmək üçün külli miqdarda vəsait buraxılıb. Amma, təbii ki, orada tapılan bütün maddi-mədəniyyət nümunələri Azərbaycan xalqına məxsusdur. Onların bizim torpaqlarımızda apardığı tədqiqatların nəticəsi isə cəfəngiyyatdır. Azərbaycan Xarici İşlər Nazirliyi işğal olunmuş ərazilərdə ermənilərin qazıntı işləri aparmasına münasibət bildirib. Biz vaxtilə ermənilərin qanunsuz qazıntı işləri aparması ilə bağlı ATƏT-ə müraciət də etmişik. Ermənilərin isə bu təxribatlarından əl çəkməməsi dünya ictimaiyyətinə meydan oxumaqdır”.
Qeyd edək ki, Ermənistan və