Ankarada Xocalı Abidə və Muzey Kompleksində xatirə tədbiri keçirilib

Ankarada Xocalı Abidə və Muzey Kompleksində xatirə tədbiri keçirilib Tədbir iştirakçılarına Xocalı soyqırımı ilə bağlı çox sayda təbliğat xarakterli materiallar təqdim olunub
Qarabağ
25 Fevral , 2016 18:16
Ankarada Xocalı Abidə və Muzey Kompleksində xatirə tədbiri keçirilib

Bakı. 25 fevral. REPORT.AZ/ Xocalı soyqırımının iyirmi dördüncü ildönümü ilə bağlı Azərbaycanın Türkiyədəki səfirliyi tərəfindən keçirilən tədbirlər çərçivəsində Ankaranın Qızılcahamam rayonunda yerləşən Xocalı Abidə və Muzey Kompleksində xatirə tədbiri keçirilib. Bu barədə "Report"a Azərbaycanın Türkiyədəki səfirliyindən məlumat verilib.

Tədbirdə səfirliyin əməkdaşları, Ankarada təhsil alan tələbə və kursantlarımız, diaspor və ictimaiyyət nümayəndələriylə yanaşı, çox sayda KİV nümayəndələri və çox sayda Qızılcahamam rayon sakinləri iştirak ediblər.

Tədbir şəhidlərin əziz xatirəsinin birdəqiqəlik sükutla yad edilməsinin ardından Azərbaycan və Türkiyə himnlərinin oxunması ilə başlayıb. İlk olaraq Türkiyə baş nazirinin müavinləri Lütfi Elvan və Numan Kurtulmuşun tədbirə ünvanladıqları mesajlar oxunub. Mesajlarda Xocalı soyqırımının ağrı və acısının Türkiyə tərəfindən bölüşüldüyü qeyd olunub.

Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov, Qızılcahamam rayon bələdiyyəsinin başçısı Muhittin Güney, tələbə və kursant nümayəndələrimiz həyata keçirdikləri çıxışlarda Xocalı soyqırımı və ümumiyyətlə ermənilərin xalqımıza qarşı tarix boyu törətdikləri vəhşiliklərdən geniş şəkildə bəhs ediblər, bir daha bu kimi cinayətlərin törədilməməsi üçün atılması zəruri olan addımlarla bağlı əsaslı tezislər irəli sürüblər.

Səfir Faiq Bağırov həyata keçirdiyi çıxış zamanı Xocalı Abidə və Muzey Kompleksinin Azərbaycan və Türkiyənin birgə yaddaşını nümayiş etdiyini qeyd edərək, Xocalıda törədilmiş soyqırımın yaddaşlarda daimi olaraq qalması naminə tarix şüurunun həmişə yaşadılmasının zəruri olduğunu vurğulayıb.

Mərasim zamanı şəhidlərin ruhuna və işğal olunmuş torpaqların tezliklə azad edilməsi üçün birgə dualar oxunub. Daha sonra muzey kompleksində baxış keçirilərək tədbir başa çatıb. Tədbir iştirakçılarına Xocalı soyqırımı ilə bağlı çox sayda təbliğat xarakterli materiallar təqdim olunub.

Son xəbərlər

Orphus sistemi