Almaniya XİN başçısı Ermənistan və Azərbaycanı danışıqlara çağırıb

Almaniya XİN başçısı Ermənistan və Azərbaycanı danışıqlara çağırıb "Ermənistan və Azərbaycan dərhal hərbi əməliyyatları dayandırmalı, böhran danışıqlar yolu vasitəsilə sülh yolu ilə həll olunmalıdır"
Qarabağ
27 Sentyabr , 2020 16:25
Almaniya XİN başçısı Ermənistan və Azərbaycanı danışıqlara çağırıb
Hayko Maas

Ermənistan və Azərbaycan dərhal hərbi əməliyyatları dayandırmalı, böhran danışıqlar vasitəsilə və sülh yolu ilə həll olunmalıdır.

“Report” xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər naziri Hayko Maasın bəyanatında deyilir.

“Münaqişənin hər iki tərəfini dərhal bütün hərbi əməliyyatları dayandırmağa çağırıram. Xüsusilə də kəndlərin və şəhərlərin atəşə tutulması dayandırılmalıdır”, - H.Maas deyib.

Onun sözlərinə görə, bu münaqişə yalnız ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə həll edilə bilər: “Ermənistan və Azərbaycan dərhal güc metodlarından qarşılıqlı danışıqların xeyrinə imtina etməlidir”.

Son xəbərlər

Orphus sistemi