Zambiyalı deputat: Afrikada iqlim dəyişikliyinə səbəb olan ölkələr kompensasiya ödəməlidirlər

Zambiyalı deputat: Afrikada iqlim dəyişikliyinə səbəb olan ölkələr kompensasiya ödəməlidirlər Afrikada müstəmləkəçilik edərək yerli xalqların əziyyət çəkməsinə və iqlim dəyişikliyinə səbəb olan ölkələr kompensasiya ödəməlidirlər.
COP29
18 Noyabr , 2024 12:48
Zambiyalı deputat: Afrikada iqlim dəyişikliyinə səbəb olan ölkələr kompensasiya ödəməlidirlər
Kristofer Kalila

Afrikada müstəmləkəçilik edərək yerli xalqların əziyyət çəkməsinə və iqlim dəyişikliyinə səbəb olan ölkələr kompensasiya ödəməlidirlər.

"Report" xəbər verir ki, bunu zambiyalı deputat Kristofer Kalila COP29 çərçivəsində keçirilən "Müstəmləkəsiz və yaşıl gələcək üçün həmrəylik" tədbirində deyib.

O qeyd edib ki, müstəmləkədən əziyyət çəkən xalqlar həmrəy olmalıdırlar:

"Biz demokratiyaya və qanunun aliliyinə inanırıq. Ona görə müstəmləkəsiz dünya üçün çağırış edirik. Bu çağırışlar xüsusən Afrikaya mədənçilik sahəsində sərmayə qoymağa gələn çoxmillətli korporasiyalara yönəlib. Biz onların qanunlara ciddi şəkildə əməl etmələrini, torpağın deqradasiyasına yol vermədən, çirkləndirmədən fəaliyyət göstərmələrini istəyirik. Bu şirkətlər və ölkələr harada ətrafı çirkləndirir, müstəmləkəçilik edirlərsə, həmin ərazilərdəki insanlara kompensasiya ödəməlidirlər".

Son xəbərlər

Orphus sistemi