Aviasiya sahəsində "xalis sıfır emissiya"ya nail olmaq üçün 20, 30, hətta 40 il vaxt lazımdır.
"Report" xəbər verir ki, bunu Yeni Zelandiyadan olan xeyriyyəçi və sahibkar Deyv Roz bu gündən başlayaraq noyabrın 22-nə qədər Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində - tədbirin Yaşıl Zonasının açılışında bildirib.
"Aviasiya sahəsi atmosferə buraxılan karbon emissiyalarında böyük paya malikdir. Amma bunu azaltmağın yolları var. Bu baxımdan COP29 ilə tərəfdaşlıqan çox qürur duyuruq", - deyə o qeyd edib.
Bundan başqa, qonaq əlavə edib ki, Azərbaycan dayanıqlı inkişaf yolu ilə gedən gənc ölkədir: "COP29-a ev sahibliyi etdiyi üçün Azərbaycanı təbrik edirəm. Ölkəniz bu tədbiri keçirməklə məlum istiqamətdə yeni addımların atılmasını sürətləndirməyə, bununla bağlı hər bir dövləti bir araya gətirməyə çalışır".