Yaşıl Rəqəmsal Fəaliyyət üzrə tədbirin yekununda Bəyannamə qəbul olunacaq

Yaşıl Rəqəmsal Fəaliyyət üzrə tədbirin yekununda Bəyannamə qəbul olunacaq ​​​​​​​Noyabrın 16-da BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Yaşıl Rəqəmsal Fəaliyyət üzrə yüksəksəviyyəli dəyirmi masa keçiriləcək
COP29
11 Noyabr , 2024 14:15
Yaşıl Rəqəmsal Fəaliyyət üzrə tədbirin yekununda Bəyannamə qəbul olunacaq

Noyabrın 16-da BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Yaşıl Rəqəmsal Fəaliyyət üzrə yüksəksəviyyəli dəyirmi masa keçiriləcək.

Bu barədə “Report” Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir.

Bildirilib ki, Nazirlik, COP29 Sədrliyi və Beynəlxalq Telekommunikasiya İttifaqının birgə təşkil edəcəyi tədbirdə yekun sənəd olaraq Yaşıl Rəqəmsal Fəaliyyət üzrə Bəyannamə qəbul olunacaq.

Bəyannamə iqlim dəyişikliyini nəzərə alaraq rəqəmsallaşmanın sürətləndirilməsini, İKT sektorunda emissiyaların azaldılmasını və yaşıl rəqəmsal texnologiyalara çıxışın artırılmasını nəzərdə tutur.

Sənəd dövlətlər, sahə üzrə fəaliyyət göstərən təşkilatlar, şirkətlər, assosiasiyalar, vətəndaş cəmiyyəti üzvləri və akademik təsisatlar üçün açıqdır.

Maraqlı tərəflər bəyannaməyə qoşulmaq üçün [email protected] e-poçt ünvanına müraciət edə bilərlər.

Son xəbərlər

Orphus sistemi