Yalçın Rəfiyev: “Avropa iqlim maliyyəsi sazişinə nail olmağın vacibliyini başa düşür”

Yalçın Rəfiyev: “Avropa iqlim maliyyəsi sazişinə nail olmağın vacibliyini başa düşür” “Avropa iqlim maliyyəsi sazişinə nail olmağın vacibliyini başa düşür”.
COP29
10 Noyabr , 2024 22:33
Yalçın Rəfiyev: “Avropa iqlim maliyyəsi sazişinə nail olmağın vacibliyini başa düşür”

“Avropa iqlim maliyyəsi sazişinə nail olmağın vacibliyini başa düşür”.

"Report" xəbər verir ki, bunu xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev Britaniyanın “Sky News” telekanalına müsahibəsində deyib.

“Əlbəttə, yüksək səviyyədə siyasi qarşılıqlı fəaliyyət vacibdir”, - deyə Y.Rəfiyev bildirib.

“Sky News” xatırladıb ki, bəzi Avropa liderləri öz ölkələrindəki qarışıqlıqlarla mübarizə apardıqları üçün Bakıda keçiriləcək iqlim danışıqlarında iştirak edə bilməyəcəklər. Nümunə olaraq kanal hakim koalisiyanın parçalanması fonunda Almaniyadakı böhranı, həmçinin Amsterdamda son zamanlar zorakılıq və antisemitizmin baş verməsini göstərib.

COP29-un baş danışıqçısı bildirib ki, Azərbaycan Avropa İttifaqının tələbatını ödəmək öhdəliyinə görə qaz hasilatını artırmalıdır.

Yalçın Rəfiyev onu da bildirib ki, ABŞ-də Donald Trampın seçkilərdə qalib gəlməsindən sonra amerikalı həmkarları ilə görüşlər keçirib və onlar konstruktiv olaraq qalır.

Prezident seçilməsinin (ABŞ-də Donald Tramp – Qeyd) iqlim dəyişikliyi ilə mübarizə üçün pis xəbər olub-olmaması ilə bağlı suala Y.Rəfiyev belə cavab verib: “Mən belə deməzdim”.

Son xəbərlər

Orphus sistemi