UNICEF nümayəndəsi: İqlim dəyişikliyi uşaqların öyrənmə qabiliyyətinə mənfi təsir göstərir

UNICEF nümayəndəsi: İqlim dəyişikliyi uşaqların öyrənmə qabiliyyətinə mənfi təsir göstərir İqlim dəyişiklikləri uşaqlara yalnız fiziki baxımdan deyil, həm də onların öyrənmə qabiliyyətlərinə mənfi təsir göstərir.
COP29
11 Oktyabr , 2024 14:10
UNICEF nümayəndəsi: İqlim dəyişikliyi uşaqların öyrənmə qabiliyyətinə mənfi təsir göstərir
Saca Faruq Abdullah

İqlim dəyişiklikləri uşaqlara yalnız fiziki baxımdan deyil, həm də onların öyrənmə qabiliyyətlərinə mənfi təsir göstərir.

"Report" xəbər verir ki, bunu UNICEF-in Azərbaycana yeni təyin olunmuş nümayəndəsi Saca Faruq Abdullah Bakıda Pre-COP29-un ikinci günü çərçivəsində keçirilən paneldə deyib.

S.Abdullah uşaqlarda iqlim dəyişikliyi ilə mübarizə aparmaq istəyinin tərbiyə edilməsi və təhsil vasitəsilə bu prosesdə fəal iştirakı ideyasını bəyəndiyini deyib.

Onun sözlərinə görə, UNICEF-in Azərbaycandakı ofisi Elm və Təhsil Nazirliyi ilə fəal əməkdaşlıq edir: “Onlar birlikdə bir neçə layihə həyata keçiriblər. Oktyabrda biz birlikdə festival keçirəcəyik. STEM proqramı Azərbaycanın səkkiz regionunda uşaqlara və böyüklərə elm, texnologiya, yaradıcılıq və “yaşıl texnologiya”lar sahəsində innovativ ideyalar sahəsində öz istedadlarını kəşf və inkişaf etdirmək imkanı verir”.

“Bundan əlavə, BMT-nin Uşaq Fondu adından Elm və Təhsil Nazirliyini ölkədə STEM-in təşviqinə belə uzaqgörən yanaşmasına, həmçinin bütün tələbələrə öz istedadlarını həqiqətən üzə çıxarmaq imkanı vermək istəyinə görə təbrik edirəm. Azərbaycan hökumətini Tərəflər Konfransı çərçivəsində Uşaqlar, Gənclər və İqlim Fəaliyyəti haqqında Bəyannaməni imzalamağa hazır olduğu üçün təbrik etmək istəyirəm", - S.Abdullah vurğulayıb.

Son xəbərlər

Orphus sistemi