Tereza Mey Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin rəhbəri ilə COP29-u müzakirə edib

Tereza Mey Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin rəhbəri ilə COP29-u müzakirə edib Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) baş katibi Rövşən Muradov Böyük Britaniyanın Baş naziri Tereza Meylə görüşüb.
COP29
24 May , 2024 21:43
Tereza Mey Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin rəhbəri ilə COP29-u müzakirə edib

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) baş katibi Rövşən Muradov Böyük Britaniyanın keçmiş baş naziri Tereza Meylə görüşüb.

“Report” xəbər verir ki, bu barədə Mərkəzin mətbuat xidməti bildirib.

“Müasir Köləlik və İnsan Alveri üzrə Qlobal Komissiya, COP29 və NGBM-in işi haqqında danışdıq”, – Mərkəz diqqətə çatdırıb.

Qeyd edək ki, 67 yaşlı siyasətçi Tereza Mey 2016-cı ildən 2019-cu ilədək Britaniyanın Baş naziri vəzifəsini tutub.

Son xəbərlər

Orphus sistemi