Sultan Əl-Cabir: COP29 ərəfəsində Azərbaycan hökumətinə və xalqına uğurlar arzulayırıq

COP29
  • 10 oktyabr, 2024
  • 06:35
Sultan Əl-Cabir: COP29 ərəfəsində Azərbaycan hökumətinə və xalqına uğurlar arzulayırıq
Sultan Əl-Cabir

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) COP29 ərəfəsində Azərbaycan hökumətinə və xalqına uğurlar arzulayır.

“Report” xəbər verir ki, bunu COP28-in prezidenti Sultan Əl-Cabir Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransının (Pre-COP29) açılışında deyib.

Əl-Cabir qeyd edib ki, beynəlxalq ictimaiyyət ötən il Dubayda əldə edilmiş uğuru bu ilki COP29-da inkişaf etdirməlidir: "Gəlin yenidən birləşək, hərəkət edək və nəticələr qazanaq. Nail olduğumuz şeylərdən geri çəkilmək haqqımız yoxdur".

COP28 prezidentinin sözlərinə görə, qarşıdan gələn COP29-da maliyyələşdirmə məsələləri müzakirə edilməlidir: "Maliyyə ən vacib məsələdir, BƏƏ konsensusunun təməl daşı idi. COP29-da Yeni Kollektiv Kəmiyyət Məqsədi BƏƏ konsensusunun həyata keçirilməsi üçün vəsait təmin etməlidir. Razılaşdığımız həcm problemlərin miqyasına uyğun olmalıdır", - o bildirib.

O vurğulayıb ki, bu vəsaitlər ən həssas əhali təbəqələrinin dəstəklənməsinə yönəldilməlidir ki, onların iqlim dəyişikliklərinə davamlılığı təmin edilsin və nəticələrlə mübarizədə kömək göstərilsin.

Son xəbərlər

Bütün Xəbər Lenti