Su səfiri: “İqlim dəyişikliyi özünü su sahəsində daha çox göstərir"

Su səfiri: “İqlim dəyişikliyi özünü su sahəsində daha çox göstərir" Bu səbəbdən suyu problemlərin həllinin bir hissəsi kimi görməli, iqlimə uyğunlaşmanın hərəkətverici qüvvəsinə çevirməliyik. Bunun üçün lazımi elementlərimiz var. Biz bu məsələdə birlikdə hərəkət etməliyik
COP29
19 Noyabr , 2024 10:53
Su səfiri: “İqlim dəyişikliyi özünü su sahəsində daha çox göstərir

İqlim dəyişikliyi özünü su sahəsində daha çox göstərir.

"Report" xəbər verir ki, bunu Niderland Krallığının xüsusi su səfiri Mayke van Ginneken (Meike van Ginneken) BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində keçirilən "Su Fəaliyyəti: İqlimə uyğun addımlar üçün su həlləri" mövzusunda tədbirdə deyib.

O bildirib ki, buraya artmaqda olan sel riskləri də daxildir: "Biz Valensiya və Barselona kimi şəhərlərdə indiyə qədər ən quraq keçən oktyabr ayının şahidi olduq. Nyu-Yorkda da mənzərə fərqli deyil. Ümumilikdə, sel fəlakətləri ilə bağlı xəbərləri daha çox görsək də, quraqlıq yavaş inkişaf edən bir fəlakət olub daha çox insan həyatına son qoyur. Bu məsələni daha dərindən həll etmək lazımdır".

Su səfiri qeyd edib ki, COP-da müzakirə edilən problemlərin bir çoxu su ilə bağlıdır: "Bu səbəbdən suyu problemlərin həllinin bir hissəsi kimi görməli, iqlimə uyğunlaşmanın hərəkətverici qüvvəsinə çevirməliyik. Bunun üçün lazımi elementlərimiz var. Biz bu məsələdə birlikdə hərəkət etməliyik".

Son xəbərlər

Orphus sistemi