Səfir: Azərbaycan və Almaniya iqlim dəyişikliyi ilə mübarizə çərçivəsində sıx əməkdaşlıq edir
Səfir: Azərbaycan və Almaniya iqlim dəyişikliyi ilə mübarizə çərçivəsində sıx əməkdaşlıq edirAzərbaycan və Almaniya Bakıda keçiriləcək COP29 tədbiri ərəfəsində enerji keçidi və iqlimin mühafizəsi üzrə sıx əməkdaşlıq edir və bunu gələcəkdə də davam etdirəcək.
Azərbaycan və Almaniya Bakıda keçiriləcək COP29 tədbiri ərəfəsində enerji keçidi və iqlimin mühafizəsi üzrə sıx əməkdaşlıq edir və bunu gələcəkdə də davam etdirəcək.
“Report” xəbər verir ki, bu barədə Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann “X” sosial şəbəkəsindəki hesabında bildirib.
“Bu gün Azərbaycan Prezidenti İlham Əliyevi Bakı Enerji Həftəsi çərçivəsində keçirilən sərgidə Almaniya pavilyonunda salamlamaqdan məmnun oldum”, - səfir qeyd edib.
Almaniya Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərində pavilyonunu təqdim edib.
I was pleased to welcome today President Ilham Aliyev to the pavilion at #BakuEnergyWeek . + working closely together on energy transformation and climate protection ahead of and beyond #COP29 in Baku. pic.twitter.com/LNS0bAn0ze
— Ambassador Dr. Ralf Horlemann (@GerAmb_Baku) June 4, 2024