BMT rəsmisi: Bütün ölkələrdə və regionlarda təcili iqlim dəyişikliyi ilə mübarizə üzrə tədbirlər tələb olunur

BMT rəsmisi: Bütün ölkələrdə və regionlarda təcili iqlim dəyişikliyi ilə mübarizə üzrə tədbirlər tələb olunur İqlim dəyişikliyinin ekoloji təsirləri artdıqca, heç bir ölkənin bundan sığortalanmadığı anlaşılır.
COP29
3 Sentyabr , 2024 10:23
BMT rəsmisi: Bütün ölkələrdə və regionlarda təcili iqlim dəyişikliyi ilə mübarizə üzrə tədbirlər tələb olunur

İqlim dəyişikliyinin ekoloji təsirləri artdıqca, heç bir ölkənin bundan sığortalanmadığı anlaşılır.

“Report” xəbər verir ki, bunu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil Bakıda keçirilən “Genişləndirilmiş Şəffaflıq Çərçivəsində (ETF) ümumi iştirak vasitəsilə iqlim məsələlərinin şəffaflığının artırılması” adlı yüksək səviyyəli dialoq zamanı deyib.

“Hər bir ölkəyə və hər bir regiona təcili iqlim tədbirləri lazımdır”, - o bildirib.

S.Stil, həmçinin qeyd edib ki, müəyyən məqsədə yönəldilmiş iqlim siyasəti “yaşıl keçid”in sürətləndirilməsi və iqtisadiyyatın bütün sektorlarında dayanıqlığın gücləndirilməsi üçün mühüm əhəmiyyət kəsb edir: “Bu proseslərin mərkəzində İkiillik Şəffaflıq Hesabatları (BTRs) dayanır. Bu hesabatlar milli prioritetləri müəyyən etmək, iqlim siyasətini təkmilləşdirmək və effektiv fəaliyyətlə bağlı lazım olan maliyyəni təmin etmək üçün qaneedici sübut bazası yaradacaq”.

O vurğulayıb ki, BTR ilə tərəflər irəliləməni izləyə, harada əlavə fəaliyyət və dəstəyə ehtiyac duyulduğunu müəyyən edə bilər: “Şəffaflıq ölkələrə bir-birindən öyrənməyə və hər kəsin xeyrinə olan iqlim fəaliyyətinə dəstək verməyə imkan verir. Hər kəsin iqlim şəffaflığından tam istifadə edə bilməsini təmin etmək üçün son bir il ərzində COP29 sədrliyi ilə sıx əməkdaşlıq etdik”.

Son xəbərlər

Orphus sistemi