Samir Rzayev: “Aviasiyada reaktiv yanacaq istehlakı gündəlik 2 milyon barel arta bilər”
COP29
- 20 noyabr, 2024
- 14:10
Aviasiya sahəsində reaktiv yanacaq istehlakı gündəlik 2 milyon barel arta bilər.
"Report" xəbər verir ki, bunu “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) prezidenti Samir Rzayev COP29 çərçivəsində keçirilən “Beynəlxalq Aviasiya və iqlim dəyişikliyi" mövzusunda yüksək səviyyəli panel müzakirəsində deyib.
Onun sözlərinə görə, aviasiya sahəsində gündəlik 6,3 milyon barel reaktiv yanacaq istehlak edilir: “Bu göstəricinin gündəlik 8,3 milyon barelə qədər artacağı proqnozlaşdırılır. Beləliklə, əlavə 2 milyon barel gündəlik yanacağa ehtiyac olacaq”.
O bildirib ki, "yaşıl maliyyələşdirmə"ni genişləndirmək və artırmaq çox vacibdir: “Biz bunu keçid kimi xarakterizə etməməliyik. Çünki şirkətlər uzun müddət belə layihələrə ehtiyac duyacaqlar".
Son xəbərlər
11:36
Dekabr ayında 579 nəfərin ölkəni tərk etməsinin qarşısı alınıb
Hadisə11:34
Ötən ay sərhəddə 5 milyon manatdan çox qaçaqmal tutulub
Hadisə11:33
Yaponiyada 6,2 maqnitudalı zəlzələ olub, xəsarət alanlar var
Digər ölkələr11:33
Azərbaycan Türkiyədən elektrik məhsulları idxalına çəkdiyi xərci dekabrda 52 %-dən çox artırıb
Biznes11:32
Ötən ay dövlət sərhədini pоzduqlarına görə 19 nəfər saxlanılıb
Hadisə11:30
Kasım-Jomart Tokayev Qazaxıstanda parlament islahatı üzrə müşavirə keçirib
Region11:14
Azərbaycanın məşhur güləşçisi dünya çempionatından sonra karyerasını bitirəcək
Fərdi11:06
Azərbaycan vətəndaşları da daxil olmaqla 13 nəfər Gürcüstandan deportasiya edilib
Region11:05