Qırğızıstan XİN rəhbəri: COP29 bizim üçün olduqca vacibdir

Qırğızıstan XİN rəhbəri: COP29 bizim üçün olduqca vacibdir Azərbaycanın COP29 hazırlıqlarını yaxından izləyirik və əminliklə deyə bilərik ki, Bakı COP29-a ev sahibliyi etməyə yaxşı hazırlaşır.
COP29
25 Sentyabr , 2024 23:18
Qırğızıstan XİN rəhbəri: COP29 bizim üçün olduqca vacibdir

Azərbaycanın COP29 hazırlıqlarını yaxından izləyirik və əminliklə deyə bilərik ki, Bakı COP29-a ev sahibliyi etməyə yaxşı hazırlaşır.

Bunu Qırğızıstan Respublikasının xarici işlər naziri Jeenbek Kulubayev "Report"un ABŞ bürosuna açıqlamasında deyib.

"COP daha çox iqlim problemlərini müzakirə edən və beynəlxalq ictimaiyyəti birləşdirən çox mühüm platformadır. Bu COP bizim üçün olduqca vacibdir. Çünki ölkəmizdə olan iqlim problemlərinin həllini COP29-da axtaracağıq. Bu səbəbdən COP29 bizim üçün daha çox əhəmiyyət kəsb edir.

Bildiyiniz kimi, Qırğızıstan dağlarla zəngin bir ölkədir. Ölkəmizdə 11 mindən çox buzlaq var. Ötən il bu buzlaqların çoxu əridi. Buzlaqların əriməsi torpaq sürüşmələrinə səbəb olur ki, bu problemin həlli bizim üçün daha çox vacibdir. COP29-da digər qardaş ölkələr Qazaxıstan, Özbəkistan, Türkmənistan və Türkiyə ilə birlikdə geniş sərgi təşkil edəcəyik, orada qazandığmız təcrübə əsasında ölkəmizin iqlimini və dağlarımızı problemlərdən xilas edəcəyik", - nazir bildirib.

J.Kulubayev Azərbaycana COP Sədrliyində uğurlar arzulayıb.

Son xəbərlər

Orphus sistemi