Azərbaycan Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən QHT-lər üçün COP29-da Yaşıl Bölgə ilə əlaqədar informasiya sessiyası keçirilib.
"Report" xəbər verir ki, sessiyada COP29 Təşkilat Komitəsinin üzvü, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, COP29 Əməliyyat Şirkətinin Koordinasiya Şurasının Üzvü Ayan Nəcəf, Ekologiya və Təbii Sərvətlər nazirinin müşaviri, Ekologiya və təbii sərvətlər nazirliyin Proqramlaşdırma komitəsinin üzvü Murad Növbərov və digər məsul şəxslər iştirak edib.
İnformasiya sessiyasında 50-dən artıq QHT nümayəndəsi iştirak edib. Görüşdə Yaşıl Bölgədə iştirak edən QHT-lər üçün yaradılan imkanlar mövzusunda məlumatlar verilib, QHT-lərin sualları cavablandırılıb.