Səfir: Qazaxıstan COP29-da fəal iştirak edəcək

Səfir: Qazaxıstan COP29-da fəal iştirak edəcək Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev COP29-da iştirak etmək üçün Bakıya gələcək.
COP29
23 İyul , 2024 10:50
Səfir: Qazaxıstan COP29-da fəal iştirak edəcək

Qazaxıstan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) fəal iştirak edəcək.

"Report" xəbər verir ki, bunu Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel səfirlikdə təşkil olunan Azərbaycan-Qazaxıstan turizm forumunda deyib.

Onun sözlərinə görə, Qazaxıstan və Azərbaycan strateji tərəfdaşdır və buna dövlət başçıları arasında sıx siyasi dialoq kömək edir.

"2023-cü ilin statistik məlumatlarına görə, ötən il Mərkəzi Asiyadan Azərbaycana səfər etmiş hər ikinci turist Qazaxıstandan gəlib. Keçən il Azərbaycana 58 min qazaxıstanlı turist gəlib. 2024-cü ilin yanvar-iyun ayları ərzində bu rəqəm 38 mindən çox olub. Ümumiyyətlə, Azərbaycana turist axınının artım dinamikasına görə Qazaxıstan Çin və Hindistandan sonra üçüncü yerdədir”, - səfir bildirib.

Son xəbərlər

Orphus sistemi