Özbəkistan Prezidenti: COP29-da iştiraka ciddi hazırlaşırıq
COP29
- 23 avqust, 2024
- 08:39
Özbəkistan bu il Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştiraka ciddi hazırlaşır.
"Report" xəbər verir ki, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın birinci iclasında çıxışı zamanı deyib.
Özbəkistan dövlət başçısı vurğulayıb ki, bu il Azərbaycan dünyada ən böyük beynəlxalq tədbirlərdən biri olan COP29 qlobal iqlim sammitinə ev sahibliyi edəcək: “Geniş regionumuzda ilk dəfədir ki, belə sammit keçirilir. Bu da Azərbaycanın xarici siyasət kursunun effektivliyinin tanınmasını bir daha təsdiqləyir. Özbəkistan da COP29-da iştiraka ciddi hazırlaşır. Uğurlar arzulayıram. Biz həmişə yanınızda olacağıq”.
Son xəbərlər
06:37
Venesuela parlamenti ABŞ ilə neft müqaviləsini dəstəkləyib
Digər ölkələr06:13
Rumıniyada onlarla turist qidadan zəhərlənib
Digər ölkələr05:48
Bessent: G20 Çinin mövqeyinə görə birgə kommünikedə razılığa gələ bilməyib
Digər ölkələr05:21
Peru İranla diplomatik əlaqələri kəsib
Digər ölkələr04:55
ABŞ alimləri potensial qaranlıq materiyanın siqnalını aşkar ediblər
Digər ölkələr04:17
Şamaxıda zəlzələ olub
Hadisə04:06
"Bloomberg": İran hələ də AEBA müfəttişlərini nüvə obyektlərinə buraxmır
Region03:46
Fransa və ABŞ astronavtları BKS-dən kosmosa çıxıblar
Digər ölkələr03:19