Nazir: "Mərkəzi Asiya ölkələri ilə bərpa olunan enerji layihələri üzrə əməkdaşlığa önəm veririk"

Nazir: "Mərkəzi Asiya ölkələri ilə bərpa olunan enerji layihələri üzrə əməkdaşlığa önəm veririk" Azərbaycan Mərkəzi Asiya ölkələri ilə regional bərpa olunan enerji layihələrinin həyata keçirilməsində əməkdaşlığa böyük önəm verir.
COP29
15 Noyabr , 2024 08:54
Nazir: Mərkəzi Asiya ölkələri ilə bərpa olunan enerji layihələri üzrə əməkdaşlığa önəm veririk

Azərbaycan Mərkəzi Asiya ölkələri ilə regional bərpa olunan enerji layihələrinin həyata keçirilməsində əməkdaşlığa böyük önəm verir.

“Report” xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov COP29 çərçivəsində təşkil olunmuş Mərkəzi Asiyada Enerji keçidi üzrə İnvestisiya Forumunda bildirib.

“Son illərdə Mərkəzi Asiya ölkələri regionun zəngin bərpa olunan enerji resurslarından istifadə etmək və enerji dayanıqlılığı üçün vacib həllər təklif etmək məqsədilə əhəmiyyətli layihələr həyata keçirirlər. Azərbaycan Mərkəzi Asiya ölkələri ilə regional bərpa olunan enerji layihələrinin həyata keçirilməsində əməkdaşlığa böyük önəm verir. Bu kontekstdə biz Mərkəzi Asiya – Azərbaycan Yaşıl Enerji Layihəsinin reallaşdırılması üçün strateji təşəbbüs üzrə əməkdaşlığa başlamışıq. Bu təşəbbüs ölkələrin yaşıl enerji keçidindəki rolunu artırmağa və enerji təhlükəsizliyini gücləndirməyə yönəlib. Bu səylər beynəlxalq investorlar üçün cəlbedici imkanlar yaradır”, – o vurğulayıb.

Nazirin sözlərinə görə, IRENA regionda yaşıl və inklüziv iqtisadi transformasiyaya nail olmaq məqsədilə Mərkəzi Asiyada Bərpa Olunan Enerji üçün Sürətləndirilmiş Tərəfdaşlıq adlı təşəbbüsü başladır: “İnanırıq ki, əsas maneələri aradan qaldırmaqla və regional əməkdaşlığı gücləndirməklə, bu tərəfdaşlıq Mərkəzi Asiyanın bərpa olunan enerji hədəflərinə çatmasına, enerji təhlükəsizliyinin artırılmasına və qlobal iqlim məqsədlərinə nail olmasına əhəmiyyətli dəstək verəcək”.

Son xəbərlər

Orphus sistemi