COP29 çərçivəsində İnsan İnkişafı Günü keçiriləcək

COP29 çərçivəsində İnsan İnkişafı Günü keçiriləcək Azərbaycan iqlim dəyişikliyi ilə bağlı problemləri aradan qaldırmağa çalışacaq.
COP29
10 Oktyabr , 2024 11:11
COP29 çərçivəsində İnsan İnkişafı Günü keçiriləcək
Muxtar Babayev

COP29 çərçivəsində İnsan İnkişafı Günü keçiriləcək.

"Report" xəbər verir ki, bunu COP29-un müəyyən edilmiş Prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Pre-COP29 konfransı çərçivəsində COP28, COP29 və COP30 sədrliklərinin birgə təşkilatçılığı ilə keçirilən TROİKA ölkələrinin "1,5 dərəcə Selsi missiyası üçün Yol xəritəsi" mövzusunda yan tədbirdə deyib.

Onun sözlərinə görə, indi fəaliyyətə keçmək vaxtıdır: "Azərbaycan beynəlxalq əməkdaşlığı müxtəlif səviyyələrdə təşviq etməyə çalışır. Bizim bununla bağlı üç əsas öhdəliyimiz var. Bunlar ambisiyaların genişlənməsi, şəffaflığın qorunması kimi məsələlərdir".

Nazir həmçinin bildirib ki, COP29 çərçivəsində Bakı bəyannaməsi imzalanacaq: "Biz çalışacağıq ki, fəaliyyətimiz iqlim dəyişikliyi ilə bağlı problemləri aradan qaldırsın. Biz öz fəaliyyətimizi genişləndirməliyik. COP29 bizə iqlim dəyişikliyi sahəsində qlobal əməkdaşlığı dərinləşdirməyə imkan verir".

M.Babayev söyləyib ki, COP29 çərçivəsində baş tutacaq İnsan İnkişafı Günü bütün tərəfləri cəlb etməklə insan inkişafı, irriqasiya və gənclərlə bağlı tədbir olacaq: "COP29 Prezidentliyi olaraq, TRİO görüşlərini keçirir, sinerji yaratmağa və onun nəticələri tətbiq etməyə çalışırıq".

Son xəbərlər

Orphus sistemi