Müstəmləkəçilikdən əziyyət çəkən Afrika xalqlarının nümayəndəsi: COP-da gözləntimizdən də yüksək nəticələr gördük

Müstəmləkəçilikdən əziyyət çəkən Afrika xalqlarının nümayəndəsi: COP-da gözləntimizdən də yüksək nəticələr gördük BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) zamanı Azərbaycana səfər edən bir sıra müstəmləkəçilikdən əziyyət çəkmiş Afrika xalqları və dövlətlərinin nümayəndələri ilə Bakı Təşəbbüs Qrupu (BTQ) heyə
COP29
20 Noyabr , 2024 18:04
Müstəmləkəçilikdən əziyyət çəkən Afrika xalqlarının nümayəndəsi: COP-da gözləntimizdən də yüksək nəticələr gördük

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) zamanı Azərbaycana səfər edən bir sıra müstəmləkəçilikdən əziyyət çəkmiş Afrika xalqları və dövlətlərinin nümayəndələri ilə Bakı Təşəbbüs Qrupu (BTQ) heyətinin görüşü keçirilib.

"Report" xəbər verir ki, görüşdə Mali, Toqo, Cibuti, Nigeriya, Keniya, Konqo Demokratik Respublikası və Mavritaniya ölkələrindən olan deputatlar, qeyri-hökumət təşkilatlarının rəhbərləri, siyasətçilər, ekoaktivistlər, hüquq müdafiəçiləri iştirak edib.

Konqo Respublikasının Ətraf Mühitin və Qorunan Ərazilərin Mühafizəsi Cəbhəsinin Proqramlar və Əməliyyatlar üzrə direktoru Makelele Kauçu Alen Bısımva COP29 çərçivəsində meşələrin qorunması məsələsinə diqqət ayrılmasını alqışlayıb:

"COP29-da meşələrin qorunması məsələsinin də aktual olması bizi olduqca məmnun etdi. Çünki meşələr təkcə güclü dövlətlərə aid deyil bütün dünyanındır".

Nigeriyanın İqlim Dəyişikliyi və Tərəfdaşlar Konfransı üzrə Qlobal Vətəndaş Cəmiyyəti Konsorsiumunun sədri Uzodınma Akujekve Adırıeje Ceo COP29-da gözləntilərindən də daha üstün nəticə gördüklərini vurğulayıb:

"Azərbaycanı COP29-u belə uğurlu təşkil etdiyinə görə təbrik edirəm. COP-da iştirakımızda gözləntilərimizdən də yüksək nəticələr gördük".

“Paix & Lait” təşkilatının sosial inkişaf üzrə mütəxəssisi (Cibuti) Abdulsamad Said Arreh mövcud problemləri dilə gətirərək neokolonializmin yaratdığı problemlərin dünyaya çatdırılmasının vacibliyini qeyd edib:

“Bakı Təşəbbüs Qrupuna müəyyən platformalarda bizə öz səsimizi eşitdirmək imkanı yaratdığına görə minnətdaram. Neokolonializmin yaratdığı problemləri dünyaya çatdırmalıyıq və BTQ bu sahədə uğurlu platforma ola bilər”.

Tədbirin gedişatında BTQ heyəti Afrika ölkələrinin təmsilçiləri ilə neokolonializmin yeni təzahürləri və onun qarşısının alınmasına dair birgə addımların atılması, müştərək əməkdaşlıq layihələrinin icra edilməsi, həmçinin, ətraf mühitə və insanların sağlamlığına vurulan ziyan və bu ziyanlara görə kompensasiyaların tələb edilməsi ətrafında fikir mübadiləsi aparıb.

Sonda qonaqlar, medianın suallarını cavablandıraraq, görüşdə müzakirə edilən mövzularla bağlı əlavə məlumat və açıqlamalar veriblər.

Son xəbərlər

Orphus sistemi