Muhsin Şentürk: İqlim dəyişikliyi artıq insan hüquqları sahəsində problemlərə səbəb olub

Muhsin Şentürk: İqlim dəyişikliyi artıq insan hüquqları sahəsində problemlərə səbəb olub Azərbaycanın COP29-a yüksək səviyyədə ev sahibliyi etməsi bizim üçün çox böyük qürur və sevinc qaynağı oldu.
COP29
15 Noyabr , 2024 13:04
Muhsin Şentürk: İqlim dəyişikliyi artıq insan hüquqları sahəsində problemlərə səbəb olub
Muhsin Şentürk

Azərbaycanın COP29-a yüksək səviyyədə ev sahibliyi etməsi bizim üçün çox böyük qürur və sevinc qaynağı oldu.

"Report" xəbər verir ki, bunu Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Muhsin Şentürk COP29 çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu tədbir həm Azərbaycanı dünyaya tanıtdırır, həm də insanların öz-özünə verdiyi zərəri və davam edən ziyanı necə həll edəcəyi işini də diqqət mərkəzinə gətirir.

O qeyd edib ki, bundan təxminən 80 il öncə bu kimi problemlər yox idi:

Türkiyə Baş prokurorunun fikrincə, iqlim dəyişikliyinə qarşı mübarizədə ən mühüm faktorlardan biri xalqın maarifləndirilməsidir:

"Amma bu gün baş verən iqlim dəyişikliyi dünyanın, insanlığın ən böyük problemlərindən biridir. Misal olaraq, İspaniyada sel fəlakətində 300 insanın həlak olduğunu gördük. Quraqlıq və yağan yağışlar çox şiddətlidir. İqlim dəyişikliyi artıq insan hüquqları sahəsində problemlərə səbəb olub".

"Baş verən hadisələri hüquq müstəvisində də həll edə bilərik. Yəni burada hüquq bir vasitəsi rolunu oynaya bilər. Ancaq hüquq bütövlükdə nəticəyə baxar. Mühüm olan qabaqlayıcı fəaliyyətdir. Bu işdə də güc qüvvətlərinin əməyi və fəaliyyəti mütləqdir. İqlimi qorumaq və normallaşdırmaq üçün güc strukturlarının iqlimə yönəlik istiqamətlənməsi lazımdır.

Ən önəmli faktorlardan biri də xalqın maarifləndirilməsidir. İqlimi qorumaq üçün beynəlxalq əməkdaşlıq da vacibdir. Az sayda ölkənin bu sahədə ehtiyat tədbiri görməsi yetərli deyil. Lazım olan tədbirləri hamı görməlidir".

Son xəbərlər

Orphus sistemi