Marşall adalarının prezidenti: Heç bir dövlət təkbaşına iqlim dəyişmələrinin qarşısına keçə bilməz

Marşall adalarının prezidenti: Heç bir dövlət təkbaşına iqlim dəyişmələrinin qarşısına keçə bilməz Heç bir dövlət təkbaşına iqlim dəyişmələrinin qarşısına keçə bilməz.
COP29
13 Noyabr , 2024 13:48
Marşall adalarının prezidenti: Heç bir dövlət təkbaşına iqlim dəyişmələrinin qarşısına keçə bilməz
Hilda Heine

Heç bir dövlət təkbaşına iqlim dəyişmələrinin qarşısına keçə bilməz.

"Report" xəbər verir ki, bu fikri Marşall adalarının Prezidenti Hilda Heine COP29 çərçivəsində Bakıda keçirilən İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammitində çıxışında deyib.

Onun sözlərinə görə, bütün konfrans iştirakçıları iqlim dəyişmələri üzrə işlərdə aktiv iştirak etməlidir:

“Bu gün dünya 1.5 selsi temperaturu qorumaq üçün planlar tərtib edir. Biz üzərimizə düşən öhdəlikləri layiqincə yerinə yetirməliyik. Konfransa sədrlik edən tərəfi dəstəkləyirik. Marşall adaları yüksək məqsədlərin icrasının tərəfdarıdır. Anlayırıq ki, biz təmiz enerjiyə keçidi təmin etməliyik”.

Prezident İtkilər və Zərər Fondunun artıq fəaliyyətə başlamalı olduğunu da vurğulayıb.

“COP28-də də bəyan etmişdik ki, dəniz səviyyəsinin artması bizim cəmiyyət kimi varlığımıza təhlükə yaradır. Şəhər zonasında yaşayan əhalinin qorunması, artan dəniz səviyyəsinin tənzimlənməsi vəsait tələb edir. Uyğunlaşma planlarında İtkilər və Zərərlər Fondunun fəaliyyətə başlaması önəmlidir”, - o qeyd edib.

H.Heine konfransda iştirak edən dövlətlərin rəsmilərinə müraciət edib:

“Nazirlərə müraciət edirəm ki, konfrans çərçivəsində fəal olsunlar. Artıq iqlim problemlərinə qarşı həll variantlarını tapmalıyıq. Bizim regionda və digər kiçik ada ölkələrində olan problemlərin həllinə lazımi vəsaiti səfərbər edək. Prezident İlham Əliyevə bildirmək istəyirəm ki, bura uzun məsafə qət edərək öz töhfəmi vermək üçün gəlmişəm. İstəyirəm ki, həmrəy şəkildə hərəkət edək”.

Son xəbərlər

Orphus sistemi