İqlim dəyişiklikləri antropogen təsirlərlə birlikdə Xəzər dənizinin səviyyəsinin davamlı azalmasına səbəb olur.
“Report” xəbər verir ki, bunu Qazaxıstanın ekologiya və təbii sərvətlər nazirinin müavini Mansur Oşurbayev COP29 çərçivəsində “Xəzər dənizi səviyyəsinin tərəddüdləri və iqlim dəyişmələri” ilə bağlı tədbirdə deyib.
Onun sözlərinə görə, araşdırmalar göstərir ki, 2030-cu ilə qədər Xəzər dənizinin səviyyəsi -29.6 metrə düşəcək: "2050-ci ilə qədər dənizin səviyyəsi -32 və ya -34 metr səviyyəsinə çata bilər. Bu baxımdan biz başa düşürük ki, iqlim dəyişiklikləri həyatımızın keyfiyyətinə də təsir edə bilər".
Nazir müavini qeyd edib ki, ölkələr ciddi nəticələrə səbəb ola biləcək dayazlaşma probleminin həlli yollarının axtarışında səylərini birləşdirməlidir: "Biz Xəzər dənizinin dayazlaşması məsələsi üzrə işçi qrupunun yaradılması məsələsində Azərbaycanı dəstəkləyirik".