COP29 çərçivəsində danışıqlar kifayət qədər mürəkkəbdir, lakin ümumi mənzərəyə baxmaq lazımdır - bütün tərəflər ümumi istiqaməti bilir. Bu, emissiyaların azaldılması, təmiz enerjiyə sərmayə qoyuluşu və gələcəyin texnologiyalarının tətbiqidir. Bu COP əvvəlki sahələrdə əldə edilmiş nailiyyətlərə əsaslanmalı və müzakirə olunan əsas məsələlər üzrə nəzərəçarpan nəticələr nümayiş etdirməlidir.
“Report” xəbər verir ki, bunu İsrailin iqlim dəyişikliyi və dayanıqlı inkişaf üzrə xüsusi nümayəndəsi Gideon Behar COP29 çərçivəsində keçirilən yüksək səviyyəli iclasda bildirib.
Onun sözlərinə görə, İsrail iqlim dəyişikliyi ilə mübarizədə qlobal səylərə sadiqdir, ölkədə karbon vergisi tətbiq edilib və yeni iqlim qanunu parlamentə təqdim olunub.
G.Behar həmçinin bu konfransın keçirilməsinə görə Azərbaycan hökumətinə və xalqına minnətdarlığını bildirib.