ISO sənayenin dekarbonizasiyasında vahid standartların tətbiqini təklif edir

ISO sənayenin dekarbonizasiyasında vahid standartların tətbiqini təklif edir Sənayenin dekarbonizasiyasında vahid standartların tətbiqi qlobal səviyyədə böyük əhəmiyyət kəsb edir.
COP29
16 Noyabr , 2024 13:00
ISO sənayenin dekarbonizasiyasında vahid standartların tətbiqini təklif edir
Kristof Vinterhalter

Sənayenin dekarbonizasiyasında vahid standartların tətbiqi qlobal səviyyədə böyük əhəmiyyət kəsb edir.

"Report" xəbər verir ki, bunu Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) siyasətin hazırlanması üzrə vitse-prezidenti Kristof Vinterhalter COP29 çərçivəsində “Sənaye Dekarbonizasiyasının İrəlilədilməsi: Yaşıl Təchizat Zəncirləri üçün Karbon Hesabatı Standartlarının və Təriflərinin Harmonizasiyası” mövzusunda keçirilən tədbirdə deyib.

O, qlobal təchizat zəncirlərinin dekarbonizasiyasında Məhsul Karbon İzi (PCF) və istixana qazı (GHG) emissiyaları hesabatının standartlaşdırılmasının əhəmiyyətini vurğulayıb. K.Vinterhalterin fikrincə, xüsusilə polad və sement kimi yüksək emissiyalı sənaye sahələri üçün karbon hesabatı metodologiyalarının vahid standartlara uyğunlaşdırılması Paris Sazişinin hədəflərinə çatmaq üçün əsas amillərdən biridir.

“Qlobal səviyyədə karbon emissiyalarının vahid standartlarla ölçülməsi, dövlət tərəfindən aparılan "yaşıl satınalmaları"nın dəstəklənməsi və təchizat zəncirlərində şəffaflığın artırılması istiqamətində mühüm addımdır”, - deyə o qeyd edib.

K. Vinterhalter əlavə edib ki, beynəlxalq əməkdaşlıq və vahid standartların tətbiqi sənaye sektorunda dekarbonizasiya prosesini sürətləndirə bilər. “Sənaye və hökumətlərin bu istiqamətdə birgə səyləri, iqlim dəyişikliyi ilə mübarizədə davamlı və dayanıqlı nəticələrin əldə olunmasına imkan verəcək,” - deyə ISO-nun vitse-prezidenti vurğulayıb.

Son xəbərlər

Orphus sistemi