İnger Anderson: Ümumdünya Ətraf Mühit Gününün Azərbaycanda keçirilməsi böyük təşəbbüsdür

İnger Anderson: Ümumdünya Ətraf Mühit Gününün Azərbaycanda keçirilməsi böyük təşəbbüsdür Ümumdünya Ətraf Mühit Gününün Azərbaycanda qeyd olunması UNEP-in alqışladığı böyük təşəbbüsdür.
COP29
27 İyun , 2024 13:41
İnger Anderson: Ümumdünya Ətraf Mühit Gününün Azərbaycanda keçirilməsi böyük təşəbbüsdür

Ümumdünya Ətraf Mühit Gününün Azərbaycanda qeyd olunması UNEP-in alqışladığı böyük təşəbbüsdür.

“Report” xəbər verir ki, bunu BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru İnger Anderson ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayevlə birgə mətbuat konfransı zamanı deyib.

“2026-cı il iyunun 5-də bütün dünya nəzərlərini Azərbaycana çevirəcək, çünki həmin gün ölkədə Ümumdünya Ətraf Mühit Günü qeyd olunacaq. Biz həmçinin elektromobillik məsələləri üzərində işləyirik və ölkəni iqlimlə bağlı işlərində dəstəkləyirik. Təbii ki, biz indi iqlimlə bağlı hava hadisələri üçün erkən xəbərdarlıq sistemləri ilə əlaqədar proqrama, eləcə də uyğunlaşma və maliyyələşdirmə ilə bağlı daha geniş proqrama böyük maraqla nəzər yetiririk”, - o vurğulayıb.

Son xəbərlər

Orphus sistemi