IMEO COP29-da metan emissiyaları ilə bağlı yenilənmiş məlumatları təqdim edəcək

IMEO COP29-da metan emissiyaları ilə bağlı yenilənmiş məlumatları təqdim edəcək Bu ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) Beynəlxalq Metan Emissiyaları Müşahidə Təşkilatının (IMEO) yenilənmiş məlumatları təqdim ediləcək.
COP29
2 Oktyabr , 2024 11:32
IMEO COP29-da metan emissiyaları ilə bağlı yenilənmiş məlumatları təqdim edəcək

Bu ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) Beynəlxalq Metan Emissiyaları Müşahidə Təşkilatının (IMEO) yenilənmiş məlumatları təqdim ediləcək.

"Report" xəbər verir ki, bunu IMEO-nun həmtəsisçisi Culiya Ferrini "Bakı İqlim Fəaliyyəti Həftəsi"nin üçüncü günündə keçirilən panel müzakirələrində deyib.

Onun sözlərinə görə, bu məlumatlar müxtəlif ölkələrdə və iqtisadi sektorlarda metan emissiyalarının daha dolğun və aktual mənzərəsini təqdim edəcək.

C.Ferrini qeyd edib ki, yeni hesabatda metan emissiyalarının qlobal iqlim dəyişikliyinə təsirinə, eləcə də onların azaldılması tədbirlərinə xüsusi diqqət yetiriləcək.

"Neft Qaz Metan Tərəfdaşlığı 2.0” (The Oil & Gas Methane Partnership 2.0, OGMP 2.0) öz etibarlılığı sayəsində emissiyaların azaldılması tədbirlərinin şəffaflığının və onlara nəzarətin təmin edilməsində əsas elementə çevrilib. OGMP hesabatının qızıl standartına riayət olunması Beynəlxalq Enerji Agentliyi, Ətraf Mühitin Mühafizəsi Fondu və bir çox digər təşkilatların öz hesabat mexanizmlərinə daxil etdiyi əsas göstəricilərdən biri sayılır.

Bu hesabat sistemi keçən həftə Nyu-Yorkda keçirilən İqlim Həftəsi çərçivəsində təqdim edilib, mexanizmin işə salınması isə ilk dəfə “Bloomberg Philanthropies” təşkilatının dəstəyi ilə COP28-də açıqlanıb. Biz Neft və Qazın Dekarbonizasiyası Xartiyası üzrə öhdəliklərin yerinə yetirilməsini izləməyə və qlobal iqlim məqsədlərinə nail olmağa töhfə verəcək bu mexanizmin yaradılması üzərində fəal şəkildə işləyirik”, - o bildirib.

Son xəbərlər

Orphus sistemi