ATƏT və Azərbaycan hazırda ekologiya və iqlim dəyişikliyi sahəsində əməkdaşlıq edir.
Bunu “Report”a müsahibəsində ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın XİN rəhbəri İan Borq (Ian Borg) deyib.
ATƏT rəhbəri Azərbaycan və Gürcüstan arasında iqlimə davamlılıq üçün meşə yanğınları riskinin azaldılması üzrə sərhədyanı əməkdaşlığı asanlaşdıran iqlim və təhlükəsizlik layihəsində Azərbaycanın fəal iştirakını alqışladıqlarını deyib:
“Azərbaycanın COP29-a ev sahibliyi etməyə hazırlaşması ilə bu əməkdaşlığı daha da dərinləşdirmək və iqlim dəyişikliyi ilə təhlükəsizlik arasında əlaqəyə dair mənalı müzakirələri inkişaf etdirmək üçün önəmli bir fürsət var. Müzakirələr çox faydalı, bu kritik kəsişmə ilə bağlı ATƏT daxilində davam edən danışıqlara uyğun ola bilər.
Müsahibənin tam mətni ilə buradan tanış olmaq olar.