"Haber Global": TDT alimləri COP29-da təbii fəlakətlərin qarşısını almaq üçün erkən xəbərdarlıq sistemi üzərində işləyirlər

"Haber Global": TDT alimləri COP29-da təbii fəlakətlərin qarşısını almaq üçün erkən xəbərdarlıq sistemi üzərində işləyirlər Türk dövlətlərindən olan alimlər Bakıya toplaşıb. Onlar təbii fəlakətlərin qarşısını almaq üçün erkən xəbərdarlıq sistemi üzərində işləyirlər.
COP29
20 Noyabr , 2024 12:14
Haber Global: TDT alimləri COP29-da təbii fəlakətlərin qarşısını almaq üçün erkən xəbərdarlıq sistemi üzərində işləyirlər

Türk dövlətlərindən olan alimlər Bakıya toplaşıblar. Onlar təbii fəlakətlərin qarşısını almaq üçün erkən xəbərdarlıq sistemi üzərində işləyirlər.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin “Haber Global” telekanalının Azərbaycanda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə bağlı hazırladığı süjetdə qeyd olunub.

Bildirilib ki, iqlim dəyişikliyi təbii fəlakətlərin sayını artırır: “Qarşıdakı dövrdə bu tendensiya davam edəcək. Odur ki, təbii fəlakətlərin sayının azalması vacibdir. Bu məsələdə mütəxəssislərin öhdəsinə böyük iş düşür”.

Qeyd olunub ki, Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin erkən xəbərdarlıq sisteminin yaradılması üzərində işlər davam edir.

Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov “Haber Global”a açıqlamasında bildirib ki, bu məsələ ilə bağlı qarşılıqlı fikir mübadiləsi və tərəfdaşlıq davam edir.

TDT Baş katibinin köməkçisi Sadi Cəfərov isə söyləyib ki, belə bir mexanizm Türk dünyasının iqlim dəyişiklikləri ilə mübarizəsinə kömək edəcək.

Son xəbərlər

Orphus sistemi