Dominikalı nazir: Azərbaycan tərəflər arasında razılaşmaların əldə edilməsi istiqamətində aktiv iş aparır

Dominikalı nazir: Azərbaycan tərəflər arasında razılaşmaların əldə edilməsi istiqamətində aktiv iş aparır Dünya birliyi iqlim maliyyəsi üzrə məqsədlərə nail olmağı təmin etməlidir.
COP29
20 Noyabr , 2024 12:41
Dominikalı nazir: Azərbaycan tərəflər arasında razılaşmaların əldə edilməsi istiqamətində aktiv iş aparır

Dünya birliyi iqlim maliyyəsi üzrə məqsədlərə nail olmağı təmin etməlidir.

Bu barədə “Report”a eksklüziv açıqlamasında Dominikanın ətraf mühit naziri Koyzer Frederik bildirib.

Onun sözlərinə görə, maliyyə ilə bağlı danışıqlar davam edir, lakin daha böyük nəticələr əldə etmək lazımdır: "Hesab edirik ki, 200 milyard məbləğ kifayət deyil. İnkişaf etmiş ölkələr məqsədlərə nail olmaq üçün maliyyələşməni artırmalıdırlar".

Nazir Azərbaycanın tərəflər arasında razılaşmaların əldə edilməsi istiqamətində böyük iş apardığını vurğulayıb və ölkənin sədrliyini yüksək qiymətləndirib:

"Biz öz məhdud resurslarımızdan istifadə etməklə iqlim dəyişikliyinin təsirlərini və onların aradan qaldırılması üçün fəaliyyətimizi, o cümlədən iqlim sabitliyinə investisiyaları nümayiş etdirməliyik. Səsimizi lazımi instansiyalara çatdırmalıyıq ki, onlar irəli getməkdə bizə kömək etsinlər".

Son xəbərlər

Orphus sistemi