COP29-da iqlim böhranına qarşı fəaliyyətdə QHT-lərin rolu müzakirə olunub

COP29-da iqlim böhranına qarşı fəaliyyətdə QHT-lərin rolu müzakirə olunub “Bakı Politoloqlar Klubu” İctimai Birliyi COP29 çərçivəsində "Yaşıl Zona"da yerləşən Milli QHT Forumu pavilyonunda iqlim böhranına qarşı fəaliyyətdə QHT-lərin rolu mövzusunda panel müzakirəsi keçirib.
COP29
13 Noyabr , 2024 10:38
COP29-da iqlim böhranına qarşı fəaliyyətdə QHT-lərin rolu müzakirə olunub

“Bakı Politoloqlar Klubu” İctimai Birliyi COP29 çərçivəsində "Yaşıl Zona"da yerləşən Milli QHT Forumu pavilyonunda iqlim böhranına qarşı fəaliyyətdə QHT-lərin rolu mövzusunda panel müzakirəsi keçirib.

"Report"un məlumatına görə, müzakirələrdə “Davamlı inkişaf və iqlim dəyişmələri”, "Əhalinin ekologiya üzrə maarifləndirilməsi", "Gənclər arasında davamlı inkişaf və ekologiyanın təmiz saxlanılmasının təbliği" kimi mövzular üzrə çıxışlar edilib.

“Bakı Politoloqlar Klubu”nun sədri Zaur Məmmədov bildirib ki, bu məsələlər qlobal məzmun kəsb edir və beynəlxalq diqqət tələb edir. Ekspert Elşən Əhmədov dünyada davamlı inkişaf, ekoloji çağırışlar və iqlim dəyişmələri ilə əlaqədar təqdimat edib. Konfransda Azərbaycanın dünyadakı çağırışlarla bağlı yanaşmalarına xüsusi toxunulub.

Panelin yekununda iştirakçıların sualları cavablandırılıb.

Son xəbərlər

Orphus sistemi