COP29 çərçivəsində TƏBİB-in vətəndaşlara göstərəcəyi xidmətlər - REPORTAJ

COP29 çərçivəsində TƏBİB-in vətəndaşlara göstərəcəyi xidmətlər - REPORTAJ Dünyanın ən mötəbər tədbirlərindən biri olan COP29 Azərbaycana bütün sahələrdə bir sıra dividendlər qazandırmaqla yanaşı, ölkənin nüfuzunun daha da yüksəlməsinə öz töhfəsini verəcək. Belə genişmiqyaslı tədbirin keçirilməsi üçün Azərbaycanın bütün dövlət v
COP29
30 Oktyabr , 2024 18:29
COP29 çərçivəsində TƏBİB-in vətəndaşlara göstərəcəyi xidmətlər - REPORTAJ

Dünyanın ən mötəbər tədbirlərindən biri olan COP29 Azərbaycana bütün sahələrdə bir sıra dividendlər qazandırmaqla yanaşı, ölkənin nüfuzunun daha da yüksəlməsinə öz töhfəsini verəcək. Belə genişmiqyaslı tədbirin keçirilməsi üçün Azərbaycanın bütün dövlət və özəl qurumlarının üzərinə böyük məsuliyyət düşür. Səhiyyə sahəsi də bu siyahıda yer alır.

Bu istiqamətdə Səhiyyə Nazirliyi və COP29 Əməliyyat Şirkəti ilə koordinasiyalı iş prosesi gedir.

Belə ki, Yeni Klinikanın Təcili və təxirəsalınmaz tibbi yardım, uşaq təcili tibbi yardım, stasionar, reanimasiya şöbələri və əməliyyatxanası tibbi xidmətə zərurət ehtimalını nəzərə alaraq ayrılıb.

Sabunçu Tibb Mərkəzinə təhkim edilən Məhəmmədi modul tipli xəstəxanada reanimasiya və stasionar tipli olmaqla fövqəladə hallar üçün 370 çarpayı təmin edilib. Hava-damcı yolu ilə yayılan infeksion xəstəliklərlə yoluxanlara keyfiyyətli xidmət üçün Kliniki Tibbi Mərkəzin nəzdində modul tipli xəstəxanada 10 çarpayı ayrılıb. Mərkəzi Neftçilər Xəstəxanasında bütün zəruri tibbi avadanlıqlarla təchiz olunmuş Yanıq şöbəsi yaradılıb. Zəhərlənmə ehtimalları üzrə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində müvafiq tibbi xidmətin göstərilməsi üçün çarpayılar ayrılıb.

60 briqada (həkim, orta tibb işçisi, sürücü daxil olmaqla), eləcə də 60 ədəd yeni ambulans ayrılıb ki, onun da 3-ü elektromobildir. Onu da qeyd edim ki, COP29 tədbiri ilə bağlı həm ayrılmış otellərdə, həm də tədbirin keçiriləcəyi məkanda təcili və təxirəsalınmaz tibbi yardım briqadaları xidmət edəcək. Bütün nöqtələr üzrə ambulanslar hərəkət edəcəyi halda isə əvəzedici ambulansların təhkim olunması nəzərdə tutulub.

Tədbir müddətində Bakı Olimpiya Stadionu ərazisində beş tibbi elektroavtomobil, 2 dörd nəfərlik fövqəladə hal üçün ayrılmış ambulanslar təhkim olunacaq. Ambulansların içi hər cür ləvazimatla təchiz olunub.

Bütün bunlarla yanaşı, təcili və təxirəsalınmaz tibbi yardım (TTTY) xidməti göstərəcək heyət üçün nəzərdə tutulan təməl həyat dəstəyi / təkmil həyat dəstəyi üzrə təlimlər keçirilib, 448 nəfər həkim, orta tibb işçisi və sürücü olmaqla bu təlimləri uğurla başa vurub. Xarici qonaqlarla daha rahat kommunikasiyanı təmin edə bilmək üçün 331 nəfər ingilis dili kurslarına cəlb olunub.

Onminlərlə qonağın Azərbaycana gələcəyini nəzərə alaraq yaranmış təcili hallarla əlaqədar müalicə tədbirləri ilə yanaşı, profilaktika istiqamətində də işlər görülüb. Gələn şəxslər arasında epidemik xəstəlik daşıyıcıları da ola bilər. Bunun üçün Beynəlxalq Hava Limanında termometrlər quraşdırılacaq ki, ilkin mərhələdə hərarət ölçülsün. Daha detallı müayinə üçün zəruri diaqnostik testlərlə də təmin olunub. Şübhəli vəziyyət olarsa, həmin şəxslər təcrid olunaraq tez müalicəyə cəlb olunacaq.

Hazırda poliklinikalarda qrip əleyhinə peyvəndlənmə də davam etdirilir, bu da COP29 tədbirində xidmət edəcək vətəndaşların arasında qrip xəstəliklərinin ağırlaşmalarının və yayılmasının qarşısının alınmasına kömək edəcək.

Mehmanxanalarda, ictimai iaşə obyektlərində də epidemik xəstəliklərin yayılmasının qarşısını almaq üçün dezinfeksiya işləri də aparılacaq.

“103” Çağrı Xidmətində ingilis dilini bilən işçilərin növbəli fəaliyyəti təşkil olunub, 60 briqada hazır vəziyyətə gətirilib, Heydər Əliyev adına Beynəlxalq Aeroportda, Heydər Əliyev Mərkəzində, Atletlər kəndində, “Koroğlu”, “28 May”, “Elmlər Akademiyası” metrostansiyalarında, eləcə də qonaqların məskunlaşdığı ərazilərdə tibbi xidmətin göstərilməsi üçün həkim məntəqələri təşkil edilib.

Foto: Vüqar Xanlarov

Son xəbərlər

Orphus sistemi