Çexiyanın səfiri: COP29-da təşkilatçılıq yüksək səviyyədə idi

Çexiyanın səfiri: COP29-da təşkilatçılıq yüksək səviyyədə idi COP keçirən ölkə logistika baxımından çətinliklərlə üzləşir və Bakıda bunun necə dəqiq işləməsini görmək həqiqətən də möcüzəli idi.
COP29
26 Noyabr , 2024 16:30
Çexiyanın səfiri: COP29-da təşkilatçılıq yüksək səviyyədə idi
Milan Sedlaçek

COP keçirən ölkə logistika baxımından çətinliklərlə üzləşir və Bakıda bunun necə dəqiq işləməsini görmək həqiqətən də möcüzəli idi.

Bunu “Report”un sualına cavab verən Çexiyanın Azərbaycandakı səfiri Milan Sedlaçek deyib.

O qeyd edib ki, konfransda iştirak üçün 70 mindən çox insan qeydiyyatdan keçmişdi, çoxlu sayda dövlət və hökumət rəhbərləri COP29-da iştirak etdi:

“Təşkilatçılıq yüksək səviyyə idi. COP29 qarşısında qoyulan məqsədlərə nail olundu. Konfransda bir çox iştirakçılar qeyd etdilər ki, iqlim problemləri ilə bağlı məsələlərdə danışıqlardan konkret işə keçmək lazımdır. Ümid edirik ki, konfransda qəbul edilən qərarlar kağız üstündə qalmayacaq”.

Diplomat qeyd edib ki, hazırda Çexiya ilə Azərbaycan yaşıl enerji və bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlıq məqsədilə kiçik su elektrik stansiyaları ilə bağlı danışıqlar aparır.

“Bundan əlavə, bizim havadan su istehsal etməyə imkan verən konteynerlərimiz var, onlar gündəlik 50 litr su istehsal edə bilirlər. Hazırda tərəflər arasında bu sahədə danışıqlar gedir. Bu sahədə bir sıra ixtiralarımızı Qarabağ bölgəsində tətbiq edilmək üçün hədiyyə etmək istəyirik. Biz Azərbaycanla qaz və neft sahəsində də əməkdaşlıq edirik”, - səfir əlavə edib.

Son xəbərlər

Orphus sistemi