CAR Bakıda keçirilən COP29-un nəticələrini alqışlayır

CAR Bakıda keçirilən COP29-un nəticələrini alqışlayır Cənubi Afrika Respublikasının (CAR) meşə, balıqçılıq və ətraf mühit naziri Dion Corc 24 noyabr 2024-cü ildə Bakıda başa çatan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) nəticələrini alqışlayıb.
COP29
27 Noyabr , 2024 12:28
CAR Bakıda keçirilən COP29-un nəticələrini alqışlayır

Cənubi Afrika Respublikasının (CAR) meşə, balıqçılıq və ətraf mühit naziri Dion Corc BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) nəticələrini alqışlayıb.

Bu barədə “Report” CAR-ın Meşə, Balıqçılıq və Ətraf Mühitin Mühafizəsi Nazirliyinə istinadən məlumat verir.

Məlumata görə, Paris Sazişinin karbon bazarlarına aid 6.2 və 6.4-cü maddələri üzrə Bakıda qəbul edilmiş qərarlar CAR və digər inkişaf etməkdə olan iqtisadiyyatlara bu sahədə yeni layihələr başlatmağa imkan yaradacaq. Bu layihələr “yaşıl texnologiya”lara investisiyaların cəlb edilməsinə və iqtisadi imkanlara dəstək verəcək.

"Bəzi tərəflər COP29-un sədrliyi ilə bağlı narazılıqlarını ifadə edib və qərarların tam konsensus olmadan qəbul edildiyini iddia ediblər. Lakin CAR üçün bu qərarlar qələbədir. Başqalarının ifadə etdiyi məyusluğu başa düşürük. Lakin konfransın nəticələrini düzgün istiqamətdə mühüm addım hesab edirik. Bu, danışıqlardan əvvəl malik olduqlarımızdan daha çoxdur. İndi, xüsusilə CAR-ın G20-nin növbəti sədri olacağını nəzərə alsaq, gələcək fəaliyyətlər üçün əsasımız var", - qurum nazirin sözlərindən sitat gətirib.

Son xəbərlər

Orphus sistemi