Nigar Arpadarai: Bəşəriyyət iqlim dəyişikliyi şəraitində yeni reallıqlara uyğunlaşmalıdır

Nigar Arpadarai: Bəşəriyyət iqlim dəyişikliyi şəraitində yeni reallıqlara uyğunlaşmalıdır İqlim dəyişikliyi bəşəriyyətin üzləşdiyi ən böyük problemdir və biz yeni reallıqlara uyğunlaşmalıyıq.
COP29
11 Oktyabr , 2024 14:53
Nigar Arpadarai: Bəşəriyyət iqlim dəyişikliyi şəraitində yeni reallıqlara uyğunlaşmalıdır

İqlim dəyişikliyi bəşəriyyətin üzləşdiyi ən böyük problemdir və biz yeni reallıqlara uyğunlaşmalıyıq.

"Report" xəbər verir ki, bunu COP29-un BMT-nin İqlim dəyişmələri üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai Bakıda Pre-COP29-un ikinci günü çərçivəsində keçirilən panel sessiyasında deyib.

O qeyd edib ki, bu məsələyə yaranan üstünlüklər nöqteyi-nəzərindən də yanaşmaq lazımdır.

"Hazırda dünyada ən böyük müzakirə mövzusu bütün bunların “yaşıl” iş yerləri, yeni tipli iş yerləri yaradıb-yaratmayacağı ilə bağlıdır. Məndən soruşsanız, cavabım belə olacaq ki, biz təkcə iqlim dəyişikliyi problemi ilə deyil, həm də tamamilə yeni reallıqlarla da üzləşirik və onlara uyğunlaşmalıyıq. Buna görə də biz fərqli düşünməli, yaşamağı öyrənməli, biznesimizi idarə etməliyik. Təkcə iqlim dəyişikliyi və ekologiyalaşdırılma sahəsində bacarıqlara deyil, həm də həyatımızın bir hissəsi olan süni intellektə ehtiyac var”, - N.Arpadarai bildirib.

O, yeni reallıqlara toxunaraq bu prosesə təhsilin də cəlb olunduğunu deyib.

"Yeni təhsilə gəlincə, yəqin ki, uşaqlarımıza və gənclərimizə yeni dayanıqlı inkişaf təcrübələrini öyrədəcək yeni iqlim savadlılığı proqramlarına ehtiyacımız olacaq. Buna görə də biz bir çox hallarda çatışmayan resurslara çıxış əldə etməliyik”, - yüksək səviyyəli çempion qeyd edib.

Son xəbərlər

Orphus sistemi