Bəhreyn gömrüyünün rəhbəri: "Gömrük orqanlarının ətraf mühitdə rolu ilk dəfə COP29-da səsləndirildi" - EKSKLÜZİV

Bəhreyn gömrüyünün rəhbəri: "Gömrük orqanlarının ətraf mühitdə rolu ilk dəfə COP29-da səsləndirildi" - EKSKLÜZİV Təhlükəli maddələrin və qadağan olunmuş məhsulların ölkəyə daxil olmasına nəzarət etmək üçün gömrük qurumları əməkdaşlıq etməlidir.
COP29
21 Noyabr , 2024 17:00
Bəhreyn gömrüyünün rəhbəri: Gömrük orqanlarının ətraf mühitdə rolu ilk dəfə COP29-da səsləndirildi - EKSKLÜZİV

Təhlükəli maddələrin və qadağan olunmuş məhsulların ölkəyə daxil olmasına nəzarət etmək üçün gömrük qurumları əməkdaşlıq etməlidir.

Bunu "Report"a açıqlamasında Bəhreyn Gömrük Xidmətinin prezidenti, Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Əməkdaşlıq Şurasının keçmiş sədri Şeyx Əhməd bin Hamad Əl Xəlifə (Sheikh Ahmed bin Hamad Al Khalifa) deyib.

O, yaşıl kimyəvi maddələri təşviq etmək üçün dövlət siyasətinin vacib olduğunu və gömrüklərin bu siyasətin həyata keçirilməsində əsas aparıcı qüvvə kimi çıxış etdiyini diqqətə çatdırıb.

Onun sözlərinə görə, gömrük orqanlarının ətraf mühitdə rolu və üzləşdiyi problemlər, "Yaşıl gömrük" təşəbbüsü ilk dəfə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) səsləndirildi.

Gömrük rəhbəri bildirib ki, gömrük məsələsinin ilk dəfə COP29-a salınması təqdirəlayiqdir: "Gömrük çox sayda əməkdaşı olan təşkilatdır. Burada işçilər mütəmadi kompüterdən istifadə edir ki, bu da böyük elektrik enerjisi sərf edir. Həmçinin ənənəvi yanacaqla işləyən avtomobillərdən də istifadə olunur. Bu baxımdan necə ekoloji cəhətdən təmiz qurum ola biləcəyimizin yollarını axtarırıq. Apardığımız müzakirələrdə bir sıra həll yolları da səsləndirildi. Buna kağızsız sənəd sisteminə keçid, elmi texnoloji sistemlərdən intensiv istifadə kimi yanaşmalar daxildir. Ölkələrə daxil olan kimyəvi və təhlükəli maddələrlə mübarizə aparmaq üçün gömrük işçilərinin peşəkarlığını artırmaq və məlumatlandırmaq yolları barədə də müzakirələr aparılır. Həmçinin gömrük xidmətlərində elektromobillərdən istifadənin artırılması, gömrük ərazilərinin daha çox yaşıllaşdırılması kimi məsələlər əsas diqqət mərkəzindədir".

Son xəbərlər

Orphus sistemi