Azərbaycanın COP29 Sədrliyi iqlimlə bağlı bir sıra bəyannamə və öhdəliklər təqdim edir

Azərbaycanın COP29 Sədrliyi iqlimlə bağlı bir sıra bəyannamə və öhdəliklər təqdim edir Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) Sədrliyi iqlim dəyişikliyi ilə mübarizədə ambisiyaların artırılmasına və fəaliyyətin sürətləndirilməsinə yönəlmiş bir sıra yeni təşəbbüs,
COP29
21 Oktyabr , 2024 16:44
Azərbaycanın COP29 Sədrliyi iqlimlə bağlı bir sıra bəyannamə və öhdəliklər təqdim edir

Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) Sədrliyi iqlim dəyişikliyi ilə mübarizədə ambisiyaların artırılmasına və fəaliyyətin sürətləndirilməsinə yönəlmiş bir sıra yeni təşəbbüs, bəyannamə və öhdəliklər təqdim edib.

"Report" xəbər verir ki, bu barədə COP29-un müəyyən edilmiş prezidenti Muxtar Babayevin Bakıda keçiriləcək BMT-nin iqlim sammitində sədrlik proqramı çərçivəsində doqquz bəyannamə və öhdəliyin yekun variantlarının yer aldığı məktubunda deyilir.

Bu sənədlər bütün tərəflərin iqlim öhdəliklərinin artırılması prosesinə töhfə vermək məqsədi daşıyır.

Təqdim olunan təşəbbüslərə COP29 atəşkəs çağırışı; qlobal enerji anbarları və şəbəkələri öhdəliyi, yaşıl enerji üzrə zona və dəhlizlər öhdəliyi, hidrogen; yaşıl rəqəmsal fəaliyyət, üzvi tullantıların tərkibindəki metan qazının azaldılması və s. haqqında bəyannamələr aiddir. Onlar iqlim fəaliyyətinin əsas prioritetlərini əhatə edir, həmçinin diqqəti unudulmuş istiqamətlərə cəlb edir.

Məktubda deyilir ki, COP29 Sədrliyi bütün ölkələri və qeyri-dövlət qurumlarını iqlim prosesinə etimadı artırmaq və keçmiş öhdəliklərin yerinə yetirilməsini təmin etmək üçün bu bəyannamə və öhdəliklərə qoşulmağa çağırır. Bir çox təşəbbüslər sürəti qorumaq üçün mövcud öhdəliklərə əsaslanır.

COP29 Atəşkəs Çağırışı artıq 127 ölkəni və 1100-ə yaxın qeyri-dövlət subyektini səfərbər edib və buna görə Sədrlik onlara minnətdarlığını bildirib.

"Sədrlik bütün tərəfləri konfransın uğurlu keçməsi və qlobal iqlim fəaliyyətində əhəmiyyətli irəliləyişin əldə edilməsi üçün birgə işləməyə çağırır. Ambisiyaların artırılması və aydın hədəflərin müəyyən edilməsi iqlim dəyişikliyi ilə effektiv mübarizənin açarıdır", - məktubda bildirilir.

Son xəbərlər

Orphus sistemi