Azərbaycan səfiri BMqT-nin Norveç missiyasının başçısı ilə COP29-u müzakirə edib
COP29
- 21 oktyabr, 2024
- 22:42
Azərbaycanın Norveçdəki səfiri Zaur Əhmədov Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Norveçdəki missiyasının başçısı Fumiko Naqano ilə COP29-u müzakirə edib.
“Report” xəbər verir ki, bu barədə təşkilatın Norveçdəki missiyasının mətbuat xidməti məlumat yayıb.
“[İsveçin paytaxtı] Stokholmda missiya başçımız Fumiko Naqano Azərbaycanın Norveçdəki səfiri Zaur Əhmədovu ziyarət edib. BMqT Könüllü Qayıdış və Reinteqrasiya Proqramı üzrə əməkdaşlıq və Bakıda keçiriləcək COP29 barədə səmərəli müzakirə aparılıb”, – missiyanın sosial şəbəkə hesabında bildirilib.
Xatırladaq ki, sentyabrın 24-də COP29 Sədrliyi və BMqT iqlim dəyişikliyi, sülh və insan mobilliyi arasındakı əlaqə mövzusunda Yüksək Səviyyəli Dəyirmi Masa təşkil etmişdilər.
Son xəbərlər
12:35
"Real" İngiltərə klubunun futbolçusunu heyətinə cəlb etmək istəyir
Futbol12:32
Azərbaycan Ukraynaya kivi ixracını bərpa edib
Biznes12:31
Azərbaycanla ADB arasında metro şəbəkəsinin genişləndirilməsi ilə bağlı əməkdaşlıq müzakirə olunub
Xarici siyasət12:31
Foto
Mərkəzi Asiya və Azərbaycanın media rəhbərləri dövlətlərarası əlaqələrdə KİV-lərin rolunu müzakirə ediblər
Region12:30
Asiya İnkişaf Bankı 1999-cu ildən Azərbaycana 5,5 milyard dollarlıq maliyyə dəstəyi göstərib
Maliyyə12:30
Xankəndidə mənzillər satışa çıxarılacaq
Qarabağ12:28
Sabahdan Azərbaycanda növbəti istilik mövsümü başlayır
Energetika12:27
Azərbaycanda orta aylıq əməkhaqqı 10 %-ə yaxın artıb
Maliyyə12:26
Foto