Aİ-nin xüsusi elçisi: "Üzvi tullantıların ayrıca toplanması həm də pul qazanmaq imkanıdır"

Aİ-nin xüsusi elçisi: "Üzvi tullantıların ayrıca toplanması həm də pul qazanmaq imkanıdır" Avropa İttifaqı (Aİ) üçün tullantılardan metan emissiyalarının azaldılması prioritet məsələdir.
COP29
19 Noyabr , 2024 13:00
Aİ-nin xüsusi elçisi: Üzvi tullantıların ayrıca toplanması həm də pul qazanmaq imkanıdır
Toni Aqota

Avropa İttifaqı (Aİ) üçün tullantılardan metan emissiyalarının azaldılması prioritet məsələdir.

"Report" xəbər verir ki, bunu Avropa İttifaqının iqlim və ətraf mühit üzrə xüsusi elçisi Toni Aqota COP29 çərçivəsində keçirilən "İqlim fəaliyyəti üçün üzvi tullantılardan metan qazının azaldılması" mövzusunda tədbirdə deyib.

"Aİ-də 1990-2022-ci illər arasında tullantılar haqqında qanunvericiliyinin tətbiqi tullantılar sektorunda metan emissiyalarının 1990-cı illə müqayisədə təxminən 44 % azalmasına səbəb olub. Hesab edirəm ki, bu rəqəm bu sahədə irəliləyişə nail olmağın mümkünlüyünü göstərir. Aİ əvvəlcə tullantıların qarşısının alınmasına, sonra təkrar istifadəyə hazırlığa, təkrar emalı və digər bərpa formalarına üstünlük verir. Avropa İttifaqı yalnız son çarə kimi utilizasiyaya üstünlük verir. Bu, bizim dairəvi iqtisadiyyatın təməlidir", - o vurğulayıb.

Onun sözlərinə görə, üzvi tullantıların ayrıca toplanması həm də pul qazanmaq imkanıdır: "Biz onu bioqaz kimi qiymətləndirə bilərik. Bioqaz istehsalı zamanı yerdə qalan qalıqlar isə gübrə kimi istifadə edilə bilər. Bununla qalıq yanacaq mənşəli kimyəvi maddələrin istifadəsini azaltmaq mümkündür".

Son xəbərlər

Orphus sistemi