Bakı. 19 dekabr. REPORT.AZ/ Dünyada universitetlərinin reytinqinin müəyyənləşdirilməsi sahəsində tanınmış təşkilatlardan biri “QS” təşkilatıdır. “QS” reytinq cədvəli universitetin dünyada nüfuzu, məzunların işlə təmin olunması, beynəlxalq əlaqələri, müəllim-tələbə nisbəti, elmi nəşrlər, xarici tələbə və müəllimlərin faizi kimi meyarlara görə formalaşdırılır.
"Report" AzərTAc-a istinadən xəbər verir ki, “QS” təşkilatı cari il dekabrın 17-də yeni reytinq cədvəlini açıqlayıb. Bu reytinqdə Xəzər Universiteti 39.6 balla 71-ci yerdə qərarlaşıb.
Reytinqin əsas qiymətləndirmə meyarlarından biri xarici mütəxəssislərin işə cəlb edilməsidir və bu indikator üzrə Xəzər Universiteti ilk 5 ən yaxşı universitet sırasındadır.