Qazax rayon icra başçısının birinci müavini vəzifəsinə təyinat olunub

Qazax rayon icra başçısının birinci müavini vəzifəsinə təyinat olunub Məmməd Alıyev bundan əvvəl icra hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri işləyib
Cəmiyyət
213
9 Avqust , 2017 00:04
Qazax rayon icra başçısının birinci müavini vəzifəsinə təyinat olunub

Bakı. 9 avqust. REPORT.AZ/ Qazax rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsinə yeni təyinat olub.

"Report"un Qərb bürosunun məlumatına görə, Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun birinci müavini vəzifəsinə Məmməd Oruc oğlu Alıyev təyin olunub. O, bundan əvvəl Qazax rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri işləyib.

Qeyd edək ki, R.Babaşovun bundan əvvəlki birinci müavini Fərman Məhəmməd oğlu Nağdəliyev öz ərizəsi ilə tutduğu vəzifədən gedib.

Son xəbərlər

Orphus sistemi