​Moskvada yaşayan azərbaycanlı şairin ziyalılarla göruşü keçirilib

​Moskvada yaşayan azərbaycanlı şairin ziyalılarla göruşü keçirilib Əliş Əvəz Rusiyadakı fəaliyyəti ilə bağlı tədbir iştirakçılarının suallarını cavablandırıb
Cəmiyyət
31 Yanvar , 2015 22:32
​Moskvada yaşayan azərbaycanlı şairin ziyalılarla göruşü keçirilib

Bakı. 31 yanvar. REPORT.AZ/ Moskvada yaşayan bərdəli şair - publisist Əliş Əvəzin Bərdədə ziyalılarla göruşü keçirilib.

"Report" xəbər verir ki, YAP-ın rayon şöbəsinin iclas zalında baş tutan görüşdə rayon ziyalıları, ictimaiyyət nümayəndələri, şair və yazıçılar, jurnalistlər iştirak ediblər.

Tədbiri giriş sözü icra hakimi V.İ.İsayev açıb, Azərbaycandan kənarda azərbaycanlıları layiqincə təmsil edən şair publisist Əliş Əvəzin həyat və yaradıcılığından söhbət açıb.

Tədbirdə Mətbuat Şurasının sədri Əflatun Amaşov Əliş Əvəz haqqında geniş nitq söyləyib. Daha sonra çıxış edən şair Telmqan Hüseyn, şəhər 8 saylı tam orta məktəbin müəllimi Vəsilə Hüseynova şairin yaradıcılığı barədə çıxış edib.

Sonda Əliş Əvəzə söz verilib. o, Moskvadakı çoxsaylı vətənpərvər fəaliyyəti ilə bağlı tədbir iştirakçılarının suallarını cavablandırıb.

Əliş Əvəzə respublika Mətbuat Şurasının və rayon İcra Hakimiyyətinin qiymətli hədiyyələri təqdim olunub.

Tədbirin yekununda şəhər 3 saylı tam orta məktəbin şagirdləri şair Əliş Əvəzin şerlərindən kompozisiya təqdim ediblər.

Son xəbərlər

Orphus sistemi