DMX əcnəbilərlə bağlı elektron xidməti istifadəyə verib

DMX əcnəbilərlə bağlı elektron xidməti istifadəyə verib Bakı. 8 iyun. REPORT.AZ/ Bundan sonra əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının miqrasiya qanunvericiliyinin tələblərini pozmaları ilə bağlı ölkə ərazisinə girişlərinə və ölkədən çıxışlarına məhdudiyyət qoyulub-qoyulmamasını elektron qaydada öyrənə biləcəklər.
Cəmiyyət
8 İyun , 2018 10:27
DMX əcnəbilərlə bağlı elektron xidməti istifadəyə verib
0 : 00
0 : 00

Bakı. 8 iyun. REPORT.AZ/ Bundan sonra əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının miqrasiya qanunvericiliyinin tələblərini pozmaları ilə bağlı ölkə ərazisinə girişlərinə və ölkədən çıxışlarına məhdudiyyət qoyulub-qoyulmamasını elektron qaydada öyrənə biləcəklər.

Bu barədə "Report"a Dövlət Miqrasiya Xidmətindən (DMX) məlumat verilib.  

Bildirilib ki, iyunun 8-dən rəsmi saytının “Elektron xidmətlər” pəncərəsinə daxil olaraq “Ölkəyə gəliş və ölkədən gedişə məhdudiyyəti yoxla” bölməsini seçib, şəxsin adını, soyadını, doğum tarixini, pasportunun və ya digər sərhədkeçmə sənədinin nömrəsini və vətəndaşlığını daxil edib axtar düyməsini sıxmaqla bu barədə məlumat almaq olar.

Yeniliyin məqsədi əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkəyə giriş və ölkədən çıxışları ilə bağlı rahatlıqlarının təmin edilməsinə və şəffaflığın artırılmasına xidmət edir.

Son xəbərlər

Orphus sistemi