​Bu gün Qarakənd faciəsindən 23 il ötür

​Bu gün Qarakənd faciəsindən 23 il ötür Faciədən 23 il ötməsinə baxmayaraq, hadisə ilə bağlı bir sıra qaranlıq məqamlara hələ də, aydınlıq gətirilməyib
Cəmiyyət
20 Noyabr , 2014 00:00
​Bu gün Qarakənd faciəsindən 23 il ötür

Bakı. 20 noyabr. REPORT.AZ/ Bu gün 1991-ci il 20 noyabr tarixində Xocavənd rayonunun Qarakənd kəndi üzərində göyərtəsində Azərbaycanın rəsmi şəxslərinin olduğu "Mi-8" vertolyotunun erməni silahlı dəstələri tərəfindən vurulmasından 23 il ötür.

Hadisə nəticəsində vertolyotda olan 22 nəfərin hamısı - ölkənin görkəmli dövlət xadimləri, jurnalstlər, həmçinin Rusiya-Qazaxıstan sülhməramlı missiyasının üzvləri - həlak olub.

Ölənlər arasında dövlət katibi Tofiq İsmayılov, Baş prokuror İsmət Qayıbov, dövlət müşaviri Məhəmməd Əsədov, Baş nazirin müavini Zülfi Hacıyev, deputatlar Vaqif Cəfərov və Vəli Məmmədov, Prezidentin İcra Aparatının şöbə müdiri Osman Mirzəyev, nazir müavini Qurban Namazəliyev, Qazaxıstan daxili işlər nazirinin müavini Sanlal Dasumoviç Serikov, dövlət katibinin köməkçisi Rafiq Məmməd oğlu Məmmədov, telejurnalist Alı Mustafayev, AzTV-nin işıqçısı Arif İsmayıl oğlu Hüseynzadə, videooperator Fəxrəddin Şahbazov, vertolyot heyətinin komandiri Vyaçeslav Vladimiroviç Kotov və s.nin adını çəkmək olar.

Əvvəlcə rəsmi olaraq helikopterin dumana düşərək qayaya çırpılması ehtimalı irəli sürülsə də, bir neçə gündən sonra onun vurulması faktı təsdiqləndi.

Faciədən 23 il ötməsinə baxmayaraq, hadisə ilə bağlı bir sıra qaranlıq məqamlara hələ də, aydınlıq gətirilməyib.

Erməni separatçıları bu terror aktı ilə özlərinin terrorçu mahiyyətini bir daha sübut etdilər. Faktla bağlı 1991-ci ildə Azərbaycanın Hərbi Qarnizon Prokurorluğu tərəfindən cinayət işi açılmış, istintaqın aparılması Respublika Prokurorluğuna verilib. Hazırda isə cinayət işi üzrə istintaq dayandırılıb. Buna səbəb terror aktının baş verdiyi ərazinin Ermənistan silahlı qüvvələrinin işğalı altında olmasıdır.

Son xəbərlər

Orphus sistemi