BDU tələbələri Dövlət Bayrağı Gününü qeyd ediblər

BDU tələbələri Dövlət Bayrağı Gününü qeyd ediblər 100-dən artıq fəal gənc Azərbaycan bayrağına öz ehtiramını ifadə edip
Cəmiyyət
8 Noyabr , 2014 21:18
BDU tələbələri Dövlət Bayrağı Gününü qeyd ediblər

Bakı. 8 noyabr. REPORT.AZ/ Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı komitəsinin (THİK) üzvləri Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarət ediblər.

"Report" xəbər verir ki, Bakı Dövlət Universitetinin 100-dən artıq fəal gənc Dövlət Bayrağı Günü münasibətilə bu tədbirə qoşularaq Azərbaycanın müstəqilliyinin rəmzi sayılan bayrağa öz ehtiramını ifadə edib. THİK-in təşkilatçılığı ilə baş tutan tədbirdə komitənin sədr müavini İlkin Şərifov və komitə əməkdaşları, habelə universitetin fəal gəncləri iştirak ediblər.

İlk olaraq gənclər Fəxri xiyabana gələrək, xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini anıb, məzarı önünə güllər qoyublar.

THİK sədr müavini İlkin Şərifov gənclər önündə çıxış edərək onları bu gün münasibətilə təbrik edib və bu günün yaranmasında ulu öndər Heydər Əliyevin rolunu vurğulayıb.

Daha sonra BDU tələbələri Şəhidlər xiyabanına gedərək, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman Vətən övladlarının xatirəsini anıb, məzarları önünə gül dəstəsi qoyublar.

İlkin Şərifov çıxış edərək şəhidlərimizin müstəqilliyimizin rəmzi sayılan bayrağımızın yaşadılmasında əvəzsiz payını vurğulayıb.

Xatırladaq ki, BDU THİK gənclər arasında vətənpərvərlik hisslərini aşılamaq məqsədilə mütəmadi olaraq bu cür tədbirləri həyata keçirir.

Son xəbərlər

Orphus sistemi