Yuxarı

​Vergilər naziri Qusarda vətəndaşları qəbul edəcək

Qəbulda Qusar, Quba və Xaçmaz rayonlarından olan vətəndaşlar iştirak edə bilər

Bakı. 16 iyun. REPORT.AZ/ Vergilər naziri Fazil Məmmədov iyunun 17-də Qusar şəhəri, Füzuli küçəsi,1 ünvanında yerləşən Qusar rayonundakı Vergi ödəyicilərinə Xidmət Mərkəzində bu regiondan olan vətəndaşları qəbul edəcək. 

Nazirliyin analitik-informasiya şöbəsindən “Report”a verilən məlumata görə, qəbulda Qusar, Quba və Xaçmaz rayonlarından olan vətəndaşlar iştirak edə bilər.

Qəbulda vergilərin hesablanması, ödənilməsi, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər, vergi qanunvericiliyinin və inzibatçılığının tətbiqi və vergi ödəyicilərinə göstərilən xidmətlərlə bağlı müraciətlərə baxılacaq.

Qusar, Quba və Xaçmaz rayonlardan olan vətəndaşlar Vergilər Nazirliyinin 195 Çağrı Mərkəzi, 3 saylı Ərazi Vergilər İdarəsi, Qusar rayonu vergi ödəyicilərinə Xidmət Mərkəzi və Xaçmaz rayonu vergi ödəyicilərinə Xidmət Mərkəzi vasitəsilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi