"Ulyanovsk vilayətinə böyük diqqət ayırdığına görə Azərbaycana minnətdarlığımı bildirirəm".
Bunu "Report"un Rusiya bürosuna açıqlamasında Rusiya Federasiyası Ulyanovsk vilayətinin qubernatoru Sergey Morozov deyib.
Onun sözlərinə görə, "Xalqlar dostluğu" parkının Azərbaycan ərazisində vilayətin Azərbaycan diasporu - Azərbaycan Milli-Mədəni Muxtariyyəti tərəfindən həyata keçirilən yenidənqurma işləri başa çatıb.
İqtisadiyyatdan danışan qubernator Azərbaycanın vilayətin xarici ticarət əlaqələrini aktiv şəkildə inkişaf etdirdiyi ölkələrdən biri olduğunu vurğulayıb: "İndi 65 ölkə ilə əlaqələrimizi fəal şəkildə inkişaf etdiririk. Ticarət dövriyyəmiz xeyli - orta hesabla 20-25% artır və artıq Ulyanovsk vilayəti üçün rekord həddə - 1,5 milyard ABŞ dolları səviyyəsinə çatıb. Hazırda Azərbaycan xarici ticarət əlaqələrimizi inkişaf etdirdiyimiz ilk on əraziyə daxildir. Bizim böyük perspektivlərimiz var. Tezliklə Ulyanovsk vilayəti ilə əlaqələr qurmağı arzulayan Azərbaycan şirkətləri ilə bir sıra danışıqlar aparmağı planlaşdırırıq. Aktiv ticarətlə məşğul olan Azərbaycanın iri şirkətlərini əməkdaşlığa dəvət etməyi planlaşdırırıq. Yalnız İpək Yolu və Çinlə yox, həm də Azərbaycan, Azərbaycan vasitəsilə isə İranla əlaqələrdən istifadə edərək vilayətimizdə azad ticarət zonası yaratmaq istəyirik. Bu, bizim üçün çox vacibdir".
"İkinci mövzu gəmiqayırma ilə bağlıdır. Gəmiqayırma sahəsini inkişaf etdiririk və istəyirik ki, Volqa çayı və
İqbal Rüstəmov