Yuxarı
    Bağlamaq

    Tbilisidə Gürcüstan-Türkiyə biznes forumu keçirilir - FOTO

    Azərbaycanın iştirakı ilə reallaşdırılan digər layihələrin həm ikitərəfli, həm də üçtərəfli münasibətlərdə rolu da xüsusi vurğulanıb

    Tbilisi. 3 may. REPORT.AZ/ Tbilisidə Gürcüstan-Türkiyə biznes forumu keçirilir.

    "Report"un Gürcüstan bürosu xəbər verir ki, tədbirdə iki ölkə arasında iqtisadi, ticarət, turizm və s. sahələrdə əlaqələrin inkişaf perspektivləri müzakirə olunub.

    Tədbirdə regionda həyata keçirilən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz, Bakı-Tbilisi-Qars dəmir yolu layihələrinin əhəmiyyəti xüsusi qeyd olunub. Bildirilib ki, bu layihələr region dövlətlərinin inkişafında, regionda sülhün bərqərar olmasında mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın iştirakı ilə reallaşdırılan digər layihələrin həm ikitərəfli, həm də üçtərəfli münasibətlərdə rolu da xüsusi vurğulanıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi