Tbilisidə Gürcüstan-Türkiyə biznes forumu keçirilir - FOTO

Tbilisidə Gürcüstan-Türkiyə biznes forumu keçirilir - FOTO Azərbaycanın iştirakı ilə reallaşdırılan digər layihələrin həm ikitərəfli, həm də üçtərəfli münasibətlərdə rolu da xüsusi vurğulanıb
Biznes
3 May , 2017 13:09
Tbilisidə Gürcüstan-Türkiyə biznes forumu keçirilir - FOTO

Tbilisi. 3 may. REPORT.AZ/ Tbilisidə Gürcüstan-Türkiyə biznes forumu keçirilir.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, tədbirdə iki ölkə arasında iqtisadi, ticarət, turizm və s. sahələrdə əlaqələrin inkişaf perspektivləri müzakirə olunub.

Tədbirdə regionda həyata keçirilən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz, Bakı-Tbilisi-Qars dəmir yolu layihələrinin əhəmiyyəti xüsusi qeyd olunub. Bildirilib ki, bu layihələr region dövlətlərinin inkişafında, regionda sülhün bərqərar olmasında mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın iştirakı ilə reallaşdırılan digər layihələrin həm ikitərəfli, həm də üçtərəfli münasibətlərdə rolu da xüsusi vurğulanıb. 

Son xəbərlər

Orphus sistemi